Romans-文本歌词

Romans-文本歌词

Ruzgar Ahmadzada
发行日期:

Öz yaman halımı açdım sənə, diqqət verəsən

O qara gözlərinə azca nəsihət verəsən

Bəlkə, məndən də betər sən vurularsan özünə

Baxmağın şölə sala, aynaya zinət verəsən

Necə üzr istəyim, ey kül ki, dilim lal olmuş?

Qorxuram, əfv edəsən, bir də xəcalət verəsən

Tutar ahım deyibən qorxudan ah çəkməmişəm

Bəs rəvamı mənə, sən bunca məşəqqət verəsən?!

Qul Nizamindir coşan, yoxsa dərin dəryadır?

Sarbanam, bəlkə, vəfadan mənə xələt verəsən?